Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon Rusiya və Çini izləmək üçün aerostatlardan istifadə edəcək  

Rusiya və Çindən gələn hipersəs silahlarını izləmək və onlara qarşı mübarizə aparmaq üçün Pentaqon tərəfindən xüsusi aerostatlar hazırlanır.

Bu barədə “Politico” nəşri ABŞ Müdafiə Nazirliyinin büdcə sənədlərinə əsasən məlumat verib.

Qəzet qeyd edir ki, son iki ildə Pentaqon uçuş aparatlarının yaradılması layihələrinə təqribən 3,8 milyon dollar xərcləyib və büdcə sənədlərinin layihələrinə əsasən, 2023-cü maliyyə ilində işləri davam etdirmək üçün 27,1 milyon dollar xərcləməyi planlaşdırır.

ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin raket əleyhinə müdafiə layihəsinin direktoru Tom Karako hesab edir ki, 18-27 km hündürlüyə qalxa bilən və günəş panelləri ilə təchiz edilmiş aerostatlar uzunmüddətli, çoxfunksiyalı və manevr edə bilən qurğulardır.

Nəşr yazır ki, Pentaqon uzun illərdir ki, məlumat toplamaq, quru qoşunlarını rabitə ilə təmin etmək və peyklərlə bağlı problemləri aradan qaldırmaq üçün aerostatları və pilotsuz uçuş aparatlarını sınaqdan keçirir. Hələ 2019-cu ildə Pentaqon narkotik vasitələrin qanunsuz dövriyyəsini izləmək üçün havaya xüsusi hazırlanmış 25 aerostat buraxmışdı.(İnterfaks)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ən çox oxunanalar